Ölkəmizdə baş verən ictimai-siyasi və mədəni proseslərin gedişində daim milli dövlətçilik mövqeyindən çıxış edərək, Azərbaycan əhalisinin sağlamlığı, xoşbəxtliyi, firavanlığı, sülh və əmin-amanlığın müdafiəsinə töhfələrini verən Azərbaycanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın Azərbaycan üçün gördüyü işlər yaşadığımız qloballaşma dövründə, ölkəmizin dünyaya inteqrasiya etdiyi bir zamanda, əhəmiyyət kəsb etdi. Ölkəmizin milli-mənəvi dəyərlərin üzə çıxarılması, Azərbaycanın bir dövlət olaraq məxsusisiliyinin dünyəviləşməsi istiqamətində Fondun həyata keçirdiyi işlər tarixin bu günü üçün deyil, gələcəkdə əsrlərin yaddaşıda iz buraxacaq hadisələrlə bağlıdır.
İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət və s. Mehriban Əliyevanın humanizm prinsiplərindən qaynaqlanır. Bəşəri ideyaları ilə dünyaya sülh aşılayan, insanlığı təbliğ edən Azərbaycanın Birinci Xanımının insanlığın tələbinə uyğun addımları həssas, səmimi bir insan obrazını diqqətə çəkir. Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələr, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında, eyni zamanda, dünyada təbliğində rolu, Azərbaycanda və ölkə xaricində xeyriyyəçilik fəaliyyəti, elm, təhsil, səhiyyə, idmanın inkişafına diqqət və qayğısı Azərbaycan Xanımı haqqında bütün gerçəklikləri ifadə edir.
1964-cü il 26 avqust tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olan Mehriban xanım Əliyeva yaşadığı ömür yolunda şərəfli və mənalı bir səhifə yarada bilib.
DÖVLƏTÇİLİYİMİZ TARİXİNDƏ AZƏRBAYCANIN BİRİNCİ XANIMI STATUSU
Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq Birinci Xanım statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirmişdir. Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır; o, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir. Müsahibələrinin birində Birinci Xanım olmaq yükünün nə dərəcədə ağır olduğunu belə izah edir: "Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür".
Azərbaycanda son illər ərzində formalaşmış birinci xanım institutu dünyanın bir çox ölkələri üçün örnək ola bilər. Mehriban Əliyevanın xalq üçün gördüyü işlərin miqyası geniş və olduqca əhəmiyyətlidir. "Dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacibi o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm" – deyir Mehriban Əliyeva.
Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır.
FONDUN FƏALİYYƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİ AZƏRBAYCAN CƏMİYYƏTİNİN MÜDAFİƏYƏ ƏN ÇOX EHTİYACI OLAN ÜZVLƏRİNƏ GÖSTƏRİLMƏSİ İLƏ BAĞLIDIR
Heydər Əliyev Fondunun bu günə qədər həyata keçirdiyi irimiqyaslı layihələrin hər biri humanizm prinsiplərinə söykənərək, xalqın sosial rifahının yüksəlməsinə yönəlib. Müxtəlif yaşda olan insanlara qayğı fondun əsas fəaliyyət istiqamətini təşkil edir. "Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan cəmiyyətinin müdafiəyə ən çox ehtiyacı olan üzvlərinə, uşaq evləri və internatlardakı uşaqlara və yeniyetmələrə, qaçqın və məcburi köçkün uşaqlarına, habelə, müxtəlif xəstəliklərə mübtəla olan uşaqlara yardım göstərilməsi ilə bağlıdır",- deyir Mehriban xanım Əliyeva. Görülən işlər Mehriban xanım Əliyevanın mənəvi tələbatından irəli gəlir. İnsanlara yardım etmək, kimsəsizə əl tutmaq prinsipi ilə yaşayan Mehriban xanım Əliyeva respublikanın işıqlı gələcəyi üçün böyük işlər görür. Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa bir zaman məsafəsində, böyük uğurlara səbəb oldu. "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində respublika üzrə uşaq müəssisələri əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar tikilmiş və kommunal şərait yaxşılaşdırılmışdır. Azərbaycan Birinci Xanımının təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayonunda 50 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir. "Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan cəmiyyətinin müdafiəyə ən çox ehtiyacı olan üzvlərinə, uşaq evləri və internatlardakı uşaqlara və yeniyetmələrə, qaçqın və məcburi köçkün uşaqlarına, habelə müxtəlif xəstəliklərə mübtəla olan uşaqlara yardım göstərilməsi ilə bağlıdır", - deyir Mehriban Əliyeva. Fondun fəaliyyət göstərdiyi dövr ərizində bu sahədə çox işlər görülüb.
Bu gün sağlamlıq imkanları məhdud uşaqlar üçün iki sosial xidmət müəssisəsi - Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki 3 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 7 saylı internat evləri fəaliyyət göstərir. Fiziki və əqli qüsurlu uşaqlar üçün nəzərdə tutulan həmin internat evlərində ümumilikdə 300-dən artıq uşaq tam dövlət himayəsində yaşayır. YUNESKO və İSESKO-nun xoşməramlı səfirinin uşaq evləri və internat evlərinə göstərdiyi diqqət və qayğı Şağan 3 saylı və Saray 7 saylı internat evlərinin də həyatında çox böyük müsbət dəyişikliklər yaradıb.
"BU GÜN DƏ ÇOXKONFESSİYALI VƏ ÇOXMİLLƏTLİ AZƏRBAYCAN BU ƏNƏNƏLƏRƏ SADİQDİR VƏ BU, ƏN BÖYÜK SƏRVƏTLƏRDƏN BİRİDİR"
Azərbaycanda bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Müasir dövrümüzdə Heydər Əliyev
Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanların sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşadığını çıxışlarının birində bildirən Mehriban xanım Əliyeva "Bu gün də çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir", - deyib.
Fondun layihələrindən olan "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Qeyd olunan layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb. Layihənin digər tərkib hissəsi "Or-Avner" Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik Təhsil Mərkəzi inşa olunub. Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsi istiqamətində də Azərbaycanda görülən işlər, məhz müasir dövrümüzdə dövlətin bütün millətdən olan insanlara diqqət və qayğı ilə yanaşmasının nəticəsidir. Fond tərəfindən Bakıdakı Müqəddəs Məryəm kilsəsi təmir və bərpa olunmuşdur.
Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində reallığa çevrilib.
HƏR İŞDƏ PEŞƏKARLIQ
Ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi, sosial inkişafı bütün sahələrdə böyük nailiyyətlərin əldə olunmasına ciddi zəmin yaradıb. Ölkə başçısı İlham Əliyevin ardıcıl olaraq, həyatın bütün sahələrinin inkişafı üzrə həyata keçirdiyi islahatlar, qəbul olunmuş dövlət proqramları Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tapmasına şərait yaradıb. Azərbaycanın sürətli inkişafı öləmizdə idman hərakatının daha geniş vüsüt almasına səbəb olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq, idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ölkəmizdə dövlət səviyyəsində idmana və Olimpiya hərəkatının inkişafına göstərilən diqqət və qayğının nümunəsinin nəticəsidir ki, Birinci Avropa Oyunları Bakıda keçirildi. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi həm də ölkəmizin idman sahəsində son illərdə qazandığı uğurlardan qaynaqlanırdı. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyevanın sədr təyin edilməsi artıq hər şeyi demiş oldu. Təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycanın Birinci Xanımının rəhbərliyi ilə indiyə qədər keçirilən bütün tədbirlər yüksək təşkilatçılıq
səviyyəsi və keyfiyyət standartı ilə seçilib. Məhz Azərbaycan dövlətinin iradəsi, Mehriban xanım Əliyevanın təşkilatçılıq qabiliyyəti sayəsində "Eurovision" tarixində yeni keyfiyyət standartı müəyyən edildi və ölkəmiz böyük miqyaslı yarışı ən yüksək səviyyədə keçirməklə nüfuz qazandı. Mehriban Əliyeva üzərinə düşən öhdəliyi böyük məsuliyyətlə yerinə yetirdi. Hər işdə peşəkar olduğunu bir daha göstərdi. 2017-ci ildə isə paytaxtımızda keçirilən İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə Mehriban Xanım Əliyevanın sədrlik etməsi də, əlbəttə ki, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ilin ən böyük idman hadisəsi olduğuna şübhə yaratmadı.
"HƏR BİR CƏMİYYƏTDƏ MƏRHƏMƏT, İNSANPƏRVƏRLİK, QAYĞI KİMİ HİSSLƏR ƏSAS YER TUTMALIDIR"
Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı olduğu illərdə amnistiya təşəbbüsləri də cəmiyyətimizdə geniş rezonans doğurdu və bu, Mehriban xanımın humanizm prinsiplərnə sadiqliyini təsdiq etmiş oldu. Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban xanım Əliyeva humanizm prinsiplərinə sadiqliyini dəfələrlə sübut etmişdir. Onun təşəbbüsü ilə hazırlanmış Amnistiya Aktları 2007, 2009, 2013 və 2016-cı illərdə Milli Məclis tərəfindən qəbul olunmuş, nəticədə, minlərlə məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. "Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti, məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir", - deyir Mehriban xanım Əliyeva. Onun simasında Azərbaycan qadını, humanist dəyərləri mənəvi kamilliyin əsas meyarı kimi önə çıxarır, ədalətli cəmiyyətin bərqərar edilməsinin zəruri şərtlərini müəyyən edir. Beləliklə, Azərbaycanın qadın hərəkatında güclü dövlət, ədalətli cəmiyyət və azad qadın anlayışı bir-birinə möhkəm tellərlə bağlanaraq, sosial-mədəni inkişafımıza töhfələr verir.
AZƏRBAYCANLA YUNESKO ARASINDA DAVAMLILIQ YÜKSƏK SƏVİYƏDƏ TƏMİN OLUNUR
Bu gün Azərbaycanla YUNESKO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyətini xüsusi qeyd etməliyik. Azərbaycanın maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, hazırda muğam ifaçılığı sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılığı sənəti, "Kəlağayı simvolizmi və ənənəvi sənəti" və s. YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ Atüstü Oyun ənənəsi isə YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alması Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlığını diqqətə çatdırır.
FONDUN HƏYATA KEÇİRDİYİ LAYİHƏLƏR DÜNYADA AZƏRBAYCAN HAQQINDA TAM, HƏQİQİ VƏ DOLĞUN TƏSƏVVÜR YARADILMASINA BÖYÜK KÖMƏK GÖSTƏRİR
Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya icğtimaiyyətinə təqdimində misilsiz xidmət göstərib və bu davam etməkdədir. Azərbaycan həqiqətlərinin internet şəbəkəsi vasitəsilə dünyaya yayılması və xalqımızın min illər boyu yaratdığı maddi-
mənəvi dəyərlərin dünyaya tanıdılması məqsədi ilə fond tərəfindən materialların həcminə, zənginliyinə və əhatəliliyinə, habelə, istifadə olunmuş internet texnologiyalarına görə ölkəmizdə analoqu olmayan "Azərbaycan" internet portalı yaradılıb. Azərbaycan, ingilis və rus dillərində tərtib olunan "Azərbaycan" portalı ölkəmizin beynəlxalq aləmdə təbliği işinə, dünyada Azərbaycan haqqında tam, həqiqi və dolğun təsəvvür yaradılmasına böyük kömək göstərir. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən müxtəlif saytlar və multimedia diskləri hazırlanıb.
Azərbaycan haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağa önəm verən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələr sırasında "Qarabağ həqiqətləri" bukletlər toplusunun nəşri xüsusi əhəmiyyətə malikdir. Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə dəyən ziyan, Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdiyi terror aktları haqqında faktları əks etdirən və ingilis, fransız, alman, rus, macar dillərində nəşr olunmuş bukletlər indiyədək bir çox xarici ölkələrdə yayılmışdır. "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabında Azərbaycanın işğal olunmuş ərazilərindəki ziyarətgahlar və digər tarixi-mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir.
"Qarabağ həqiqətləri" silsiləsinin davamı olaraq Heydər Əliyev Fondu Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs edən "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabını ingilis dilində nəşr etdirib.
Onun böyük təşəbbüsü ilə müasir dövrümüzdə Fondun ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Sözsüz ki, bu cür dövlətlərdə nümayəndəliklərin yaranması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətlidir. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmasında, birmənalı olaraq, fəaliyyətini davam etdirir.
BƏŞƏRİYYƏTİN ALİ İDEALLARINA XİDMƏT SAHƏSİNDƏ YÜKSƏK NAİLİYYƏTLƏRİNƏ GÖRƏ BEYNƏLXALQ MÜKAFATLARA LAYİQ GÖRÜLÜB
Qeyd edək ki, Mehriban xanım Əliyevanın beynəlxalq səviyyədə gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara və mükafatlara layiq görülmüşdür. Onun hər bir uğuru Azərbaycanın nailiyyəti və yüksəkliyidir. O, 2004-cü ildən Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub-saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə, YUNESKO-nun Xoşməramlı Səfiri adını daşıyır. 2005-ci ildə Mehriban xanım Əliyeva "İlin Qadını" seçilib. 2005-ci ildə ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə, Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə, sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə, İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülüb. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə,
bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə, "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülməsi Onun dünya miqyasında əməllərinin, birmənalı olaraq, qiymətləndirilməsini əyani olaraq təsdiqləyir. Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə, "Heydər Əliyev Mükafatı" ilə təltif edilib. Bütün bunlar Mehriban xanımın Azərbaycan xalqı qarşısında xidmətlərinə olan mükafat və qiymətdir. Onu da vurğulayaq ki, ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə, Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görülmüşdü. Daha sonra "İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru" Diplomu və Xatirə nişanı ilə təltif edilib. Bütün bunlarla yanaşı, Mehriban Əliyevanın II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi də elə gördüyü işlərin nəticəsidir. Onlarla ali mükafatların daşıyıcısıdır.
Bəli, Azərbaycanın Birinci Xanımının humanist prinsipləri, insanların taleyinə olan isti münasibəti çoxşaxəli fəaliyyətində özünü göstərir. Bu gün Mehriban xanım Əliyeva milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verir. Azərbaycanın Birinci Xanımının Azərbaycan üçün gördüyü işlər ölkəmizin ictimai-siyasi və mədəni həyatında danılmaz amillərdir.
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ FƏDAKAR ƏMƏYİ İLƏ DAİM SEÇİLİR
Uzun illər ölkənin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban Əliyeva Prezident İlham Əliyevin 2017-ci il fevralın 21-də imzaladığı Sərəncamla Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. "...Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır", - bu sözləri Azərbaycan Prezidenti Cənab İlham Əliyev Mehriban xanım Əliyevanın ünvanına söyləyib. . Artıq Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Birinci vitse-prezidentlik institutu funksional təsisat kimi uğurla fəaliyyət göstərir. Ötən qısa müddətdə əldə olunan uğurlar təsdiqləyir ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin çevikliyini və səmərəliliyini artırıb.
Birinci vitse-prezident kimi fəaliyyətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətində olduğunu bəyan edən Mehriban xanım Əliyeva mərhəmətsizlik və laqeydliyin qorxulu anlayış olduğunu diqqətə çatdıraraq, istər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumağın vacib olduğunu vurğulayıb. O, vitse-prezident kimi ilk addımını ən çətin sahədə atmış oldu. Belə ki, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində atdığı ardıcıl addımlar öz nəticəsini verib. Birinci vitse-prezidentin diqqət və qayğısı sayəsində "Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması" layihəsi çərçivəsində işlər uğurla davam etdirilir. Artıq layihə çərçivəsində çoxlu sayda mənzil məcburi köçkün soydaşlarımızın ixtiyarına verilib.
Ötən bir il ərzində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən mühüm layihələrdən biri də 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimizin fəal həyat tərzinin təmin olunması oldu. Hər birinə fərdi yanaşma nümayiş etdirilərək, fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və fərdi tələbləri əsasında aprel döyüşlərinin xəsarət almış qəhrəmanları yüksək texnologiyalara əsaslanan müasir protezlərlə təmin edildi. Bununla dövlət vətənin azadlığı uğrunda sağlamlığını itirən heç bir hərbçisini diqqətdən kənarda qoymadı, onların hər biri birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olundu.
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təmsil olunduğu bütün sahələrdə fədakar fəaliyyəti ilə seçilir. "...Ömür boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur". Mehriban Əliyeva hər bir ifadəsində təvazökar olduğunu göstərir. Böyük işləri, amalları ilə diqqətdə olan Mehriban xanım Əliyeva həyat və vəzifə missiyası ilə bir etalon olaraq insanların böyük sevgisini qazanıb. Bu isə hər ən böyük mükafatdır: xalqın SEVİMLİSİ olmaq.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB