13 saylı Xəzər-Pirallahı seçki dairəsindən seçilmiş deputat Rauf Əliyev Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevaya doğum günü ilə əlaqədar olaraq təbrik məktubu ünvanlayıb. Millət vəkili məktubunda yazır:
Hörmətli Mehriban xanım,
Sizi döğum gününüz münasibətilə Xəzər rayonunun bütün seçiciləri adından səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı, Müstəqil Azərbaycan Respublikasının tərəqqisi naminə böyük fəaliyyətinizdə uğurlar arzulayırıq.
Azərbaycan Respublikasının I vitse-prezidenti kimi Sizə həvalə olan vəzifələri uğurla həyata keçirirsiniz. Siz birinci növbədə məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə nail olursunuz. Rəhbəri olduğunuz Heydər Əliyev Fondu Ümumimilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsində, yeni nəsilin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsində, təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə müxtəlif sosial layihələrin yerinə yetirilməsində, misilsiz rola malikdir. Hörmətli Mehriban xanım 12-il ərzində Milli Məclisə deputat seçildiyiniz Xəzər rayonunda Sizin təşəbbüsünüzlə həyata keçirilmiş sosial layihələr nəticəsində rayondakı qəsəbələr tanınmaz dərəcədə dəyişmiş, geniş miqyaslı tikinti-abadlıq işləri həyata keçirilmişdir.
Hörmətli Mehriban xanım Sizin çoxsahəli fəaliyyətinizin bir istiqaməti də idmanla bağlıdır. Təşkilat komitəsinin sədri kimi Sizin rəhbərliyinizlə 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunları eləcə də 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olunmuş və bu oyunların Azərbaycan standartları müəyyənləşmişdi. Heydər Əliyev Fondunun Prezidenti kimi Siz yorulmadan bütün Avropa dövlətlərində Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ edirsiniz. Belə tədbirlərin keçirilməsi Azərbaycanın Beynəlxalq aləmdə daha yaxından tanınmasında böyük rol oynayır.
Hörmətli Mehriban xanım, bir daha Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə xoşbəxtlik, çoxsahəli fəaliyyətinizdə uğurlar diləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB