Nəcməddin Sadıkov Belarusun müdafiə naziri ilə görüşüb

Nəcməddin Sadıkov Belarusun müdafiə naziri ilə görüşüb

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov avqustun 23-də Minskdə bu ölkənin müdafiə naziri, general-leytenant Andrey Ravkov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, tərəflər regional təhlükəsizlik problemləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib. Söhbət zamanı əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə