Tanınmış dövlət xadimi vəfat edib

Tanınmış dövlət xadimi vəfat edib

Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanov vəfat edib. SİA xəbər verir ki, o, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, A.Aslanov 1961-ci ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub. O, 1993-cü ildən 2005-ci ilə qədər Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olub. Daha sonra 8 il kənd təsərrüfatı nazirinin müavini işləyib. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, biologiya elmləri namizədi, Beynəlxalq Ekologiya Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü və Tbilisinin fəxri vətəndaşı olub.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə