"Аzərbaycan- Avropa İttifaqı münasibətlərində kütləvi informasiya vasitələrinin rolu müzakirə edilib

"Аzərbaycan- Avropa İttifaqı münasibətlərində kütləvi informasiya vasitələrinin rolu müzakirə edilib

Bu gün Cənubi Qafqaz Təhlükəsizlik Forumu, Robert Bosiç və Konrad Adenauer fondlarının təşkilatçılığı ilə "Аzərbaycan-Avropa İttifaqı münasibətlərində vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin rolu" adlı birgə konfrans keçirilib. Tədbirdə çıxış edən Konrad Adenauer fondu, Cənubi Qafqaz üzrə Regional proqramın rəhbəri Katya Kristina Plate Şərq Tərəfdaşlığının bir ildən artıq bir müddətdir ki, reallığa çevrildiyini və buna görə fondun Cənubi Qafqazda siyasi dialoq üzrə regional proqramı Şərq Tərəfdaşlığının təşəbbüsü və Cənubi Qafqaz arasındakı inkişafı müzakirə etmək üçün imkan yaratmaq istəyində olduğunu bildirib.

 

O, qeyd edib ki, fondun 50 illik fəaliyyəti ərzində dünyanın bir sıra dövlətlərində proqramın keçirdiyi layihələr uğurla yekunlaşıb: "Vətəndaş cəmiyyətində kütləvi informasiya vasitələrin rolu mühüm yer tutur. Onlar arasında əlaqələrin yaranması vacibdir. Çünki hər iki vasitə demokratik dəyərlərin inkişafı və aşılanmasında xüsusi çəkisi var".

 

Daha sonra fondun rəhbəri həyata keçirilməsi nəzərdə tutulan layihələrə toxunub: " 1.8 evro dəyərində olan ilk layihə vətəndaş cəmiyyətinin maariflənməsinə yönəlib. Eyni zamanda müəllimlər üçün treyninqlərin keçirilməsi nəzərdə tutulub. Belə ki, "Demokratiya səndən başlayır" adı altında olan layihə dekabrın 13-də başlayacaq. Müəllimlər üçün nəzərdə tutulan layihələr isə gələn ilin yanvar-fevral aylarında nəzərdə tutulub". O, qeyd edib ki, layihələr əsasında yekun sənəd hazırlanaraq Brüsselə göndəriləcək: "Brüsseldə yekun sənəd üzərində aparılan araşdırmalaradan sonra qiymətləndirmə veriləcək".

 

Katya Kristina Plate bundan başqa kütləvi informasiya vasitələrinin Avropaya inteqrasiyanın ictimaiyyətə çatdırılmasında vacib rol oynadığını vurğulayıb: " Media çətinlikləri həll edə, eləcə də Azərbaycanın Avropa İttifaqı arasında güclü münasibətə töhvə verən yeni təkliflər irəli sürə bilər".

 

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti forumunun Azərbaycan üzrə milli koordinatoru Vüqar Bayramov isə çıxışında qurumla Azərbaycan arasında mövcud olan münasibətlərdən və həlli vacib olan məsələlərdən danışıb. Daha sonra konfrans yerli və xarici koordinatorların müzakirələri ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə