Paytaxtda “Oftalmologiyanın müasir aspektləri” adlı gənc oftalmoloqların IV elmi konfransı keçirilib
Bu gün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində gənc oftalmoloqların IV elmi konfransı keçirilib. SİA-nın xəbərinə görə, "Oftalmologiyanın müasir aspektləri" adlı konfrans Səhiyyə Nazirliyi və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Elmar Qasımov konfransın xüsusi əhəmiyyətindən danışıb. O bildirib ki, konfrans oftalmologiya sahəsinin inkişafına, gənc oftalmoloqların fəaliyyətinə, qarşılıqlı əməkdaşlığına təkan verəcək. Onun sözlərinə görə, konfransda həm Azərbaycan, həm də Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstanın gənc oftalmoloqları iştirak edir: "Son illər bizim gənclərimiz də müxtəlif beynəlxalq konfranslarda çox fəal iştirak edirlər. Gənc oftalmoloqların keçirilən ilk konfransından sonrakı illər çox tez ötüb keçdi. Bununla belə, ildən-ilə bizim gənclərimizin çıxışları, çatdırılan məlumatları və kliniki hazırlığı nəzərə çarpacaq dərəcədə yüksəlməkdədir. Sözsüz ki, bu inkişafda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin son illər yüksək texnoloji tibbi avadanlıqla təchiz edilməsi böyük rol oynayır. Bu illər ərzində çox işlər görülüb, lakin bundan da çox işlərin görülməsi qarşımızda duran əsas məqsəddir və biz onların reallaşmasında məhz gənclərimizə ümid bəsləyirik".
Tədbirin davamında "Yeni minimal invazivçəplik cərrahiyyəsi (MİÇC) texnikasının ənənəvi limbal kəsikdən həyata həyata keçirilən çəplik cərrahiyyəsi ilə müqayisəsi", "Uşaqlarda buynuz qişanın zədələnmələrinin xüsusiyyətləri", "Morqdan keratoplastiye donör kornea", "Brilliant mavisi ilə makula deliği cərrahi sonuçlarımız" və digər mövzularda məruzələr dinlənilib.
Konfransın sonunda gənc mütəxəssislərin, o cümlədən xaricdən gələn qonaqların iştirakı ilə canlı cərrahiyyə nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB