Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?

Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-22°, gündüz 25-30° isti, Bakıda gecə 20-22°, gündüz 27-29° isti təşkil edəcək.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45% olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.

Avqustun 13-ü gündüzdən 15-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 16-21° isti təşkil edəcək.

Xəbərdarlıq

Avqustun 13-14-də əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə