Ceyhun Osmanlı: “Turqut Ər Heydər Əliyevə qiymət vermək qabiliyyəti olmayacaq qədər kiçik bir insandır” - MÜNASİBƏT

Ceyhun Osmanlı: “Turqut Ər Heydər Əliyevə qiymət vermək qabiliyyəti olmayacaq qədər kiçik bir insandır” - MÜNASİBƏT
Turqut Ərin kitabında əks olunanları absurd fikirlər hesab edirəm. Bunu SİA-ya açıqlamasında millət vəkili Ceyhun Osmanlı deyib. O bildirib ki, bir çox diplomatlar öz təxəyyüllərin yazırlar, amma bu heç də bütün hallarda dünya gündəminin real təzahürləri deyil. C.Osmanlının sözlərinə görə, Turqut Ər də bir diplomat olub və öz memuarını yazıb: "Aydın məsələdir ki, bütün bunlar obyektiv deyil, qərəzli formada yazılıb. O, vaxtında düz fəaliyyət göstərsəydi ölkədən xaric olunmazdı. Demək ki, onun bütün fəaliyyəti mənfi tendensiyalar üzərində qurulub. Turqut Ər Heydər Əliyevə qiymət vermək qabiliyyəti olmayacaq qədər kiçik bir insandır. O mövcudluğu ilə türklüyə çox böyük xidmət edirdi. Ancaq fəaliyyəti ilə Heydər Əliyev ilk dəfə olaraq türk dünyasının iqtisadi əsaslarını hazırladı və türk dünyasını heç vaxt ayrılmayacaq tellərlə-iqtisadi əlaqələrlə bağladı. Ayrı-ayrı siyasi fikir ayrılıqları olsa belə, sırf iqtisadi layihələr türk dünyasında inteqrasiya edəcək. İlk dəfə olaraq bir türk dünyası lideri Heydər Əliyev şifahi yox, əyanı şəkildə mövcud, görünən tellərlə türk dünyasını bir-birinə birləşdirdi".

Millət vəkili əlavə edib ki, Azərbaycan və Türkiyənin hər zaman türk dünyasının lokomativi olduğu sirr deyil. Onun sözlərinə görə, onalr real mənada adı ilə hər şeyi ifadə ediblər.

"Həm ulu öndər Heydər Əliyev, həm də Süleyman Dəmirəlin dostluğu da hər zaman türk dünyasına müsbət siqnallar verib. Ona görə də təsadüfü deyil ki, Turqut Ər kitabında təkcə ulu öndərə deyil, Süleyman Dəmirələ də qərəzli yanaşır. Bu məsələ qeyri-ciddiyə alınacaq qədər kiçik bir məsələdir. Bəzi insanların öz hesabları var və o hesabları ilə gündəmə gələrək geniş təbliğ olunmağı da qarşılarına məqsəd qoyublar", - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə