Paytaxtın bu prospektində geridönmə təşkil edildi FOTO

Paytaxtın bu prospektində geridönmə təşkil edildi FOTO

Nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Xətai prospekti ilə F.Bayramov küçəsinin kəsişməsində yolötürücüsünün altında geridönmə təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, bununla da, şəhər mərkəzindən Ş.İsmayıl Xətai prospekti ilə gələn nəqliyyat vasitələrinin, o cümlədən, 11 və 199 nömrəli müntəzəm marşrut xətt avtobuslarının Əhməd bəy Ağaoğlu küçəsinə rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə