Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun Zilan kəndində sakinlərlə səyyar görüş keçirib. SİA-ta Daşkəsən RİH-dən verilən məlumata görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Daşkəsən RİH-in başçısı çıxışında müntəzəm olaraq kənd sakinləri ilə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Qeyd edib ki, ötən dövrlərdə Çanaqçı kəndinə gələn yolda təmir işləri aparılıb, mövcud olan bəzi problemlər aradan qaldırılıb.
Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alınıb. Müraciətlər Zivlan-Çanaqçı kəndlərarası yolun təmiri, işlə təmin olunma, elektrik dirəklərinin təmiri, və digər şəxsi məsələlər ilə bağlı olub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını verib, bir neçəsi isə yerində həll edilib.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB