Vüqar Səfərli: “Texniki məsələlərin həllindən sonra jurnalistlər ev almaq üçün öz sənədlərini təqdim edəcəklər”
"Bibiheybət məscidindən aşağıdakı ərazidə bizim üçün üç binalıq sahə ayrılıb". SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli açıqlamasında bildirib. Onun sözlərinə görə, bütün bunların icrasından öncə isə jurnalistlər üçün evlərin verilməsi ilə bağlı layihə razılaşdırılmalıdır. O bildirib ki, orada şəhərcik və Dövlət Neft Şirkətinin də binaları olacaq: "Ona görə də onlar eyni layihələr olmalıdır. Layihə təsdiqlənməlidir ki, biz qalan işləri görə bilək. O da müəyyən adamlarla razılaşdırılmalıdır. Bibiheybət məscidindən aşağıdakı ərazidə bizim üçün üç binalıq sahə ayrılıb. Hələ ki, texniki işlər gedir. Artıq layihələr hazırdır. Yalnız texniki məsələlər qalıb. Texniki məsələlər həll olunduqdan sonra jurnalistlər fərdi qaydada öz sənədlərini təqdim edəcəklər. Sənədlər təqdim edildikdən sonra isə biz onları müzakirə edəcəyik".
Vüqar Səfərli eyni zamanda bəzi məqamların da müəyyənləşdirilməsinə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, ev üçün sənədlərini təqdim edə biləcək insanlar üçün də müəyyən meyarlar nəzərə alınmalıdır: "Elə edəcəyik ki, qeyri-peşəkar jurnalistlər sənəd verməsinlər. Hazırda o qədər qeyri-peşəkar adamlar var ki, jurnalistikanı zəbt ediblər, əsas jurnalistlər isə kənarda qalıb. Əsasən aparıcı media nümayəndələri orada evlə təmin olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB