Sığınacaq sakinləri Qubaya səyahət ediblər

Sığınacaq sakinləri Qubaya səyahət ediblər

Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafə Fondunun nəzdində fəaliyyət göstərən baxımsız, kimsəsiz, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına catmayanlar ucun sosial sığınacaqın sakinləri, “Ölkəmizi tanıyaq” devizi altında Quba rayonuna səyahət ediblər. Məqsəd ölkəmizin səfalı, mənzərəli yerlərini tanımaqla tariximizi, mədəniyyətimizi və adət-ənənələrimizi öyrənməkdir. Sığınacaq cənab Prezident İlham Əliyevin Sərəncamı ilə tikilmiş və ötən ildən fəaliyyətə başlamışdır.

Bu günə kimi Sığınacaqda 76 uşağa xidmət göstərilib. Hazırda sığınacaqda 15 usaq yaşayır. Digərləri isə, reabliyasiya olunaraq oz ailələrinə və dogmalarına qaytarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə