"1918-ci il azərbaycanlıların mart soyqırımı erməni vəhşiliyinin tarixi sübutudur"
Tədbiri giriş sözü ilə açan Quba rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Yəhyayeva qısa şəkildə qeyri-hökumət təşkilatlarının və mətbuatın Azərbaycan həqiqətlərinin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolundan, ölkə rəhbərliyinin hər iki sektora özəl qayğısından, Quba rayonunda keçirilən Azərbaycan Demokratik Respublikasının və 31 Mart azərbaycanlıların soyqırımının 100 illiyi tədbirlərinin, həmçinin“Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin təqdim etdiyi layihə mövzunun əhəmiyyətindən və gənclərin ictimai şüuruna müsbət təsirlərindən bəhs edib.
Layihənin rəhbəri, “Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri Vidadi Fətullayev tədbir iştirakçılarını salamlayıb. Yarandığı gündən bu yana hər zaman iştirakçısı olduğları tədbirlərdə tariximiz və həqiqətlərinin təbliğ edilməsinə çalışdıqlarını qeyd edən ictimai birliyin sədri, Cənab Prezidentimizin qədim torpaqlarımız olan Qərbi Azərbaycan və İrəvan haqqında etdiyi tarixi çıxışdan sonra bu sahədə olan problemlərin aradan qaldırılmasının vacibliyindən danışıb. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabından faktlar gətirən ictimai birliyin sədri həmçinin Azərbaycan Milli Arxiv İdarəsi və Azərbaycan Milli Akademiyasının Tarix İnstitutunun əməkdaşları tərəfindən 31 Mart Soyqırımını sübut edən yeni faktların çap edildiyini, İngiltərə, ABŞ, İran, Türkiyə və s.ölkələrin arxivlərində üzə çıxarılmamış daha çox tarixi sənədin olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Layihənin eksperti, tanınmış jurnalist Seymur Verdizadə çıxışında geyd edib ki, 2018-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasının və erməni-bolşevik orduları tərəfindən azərbaycanlılara qarşı törətdikləri soyqırımının yüzüncü ildönümləri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölkə daxilində və xaricdə dövlət səviyyəsində qeyd edilməkdədir. Aradan keçən bu 100 ilin yalniz son 25 ilində, Azərbaycan müstəqilliyinə qovuşduqdan, xüsusilə də ümümmilli liderimiz Heydər Əliyevin xilaskar olaraq xalqın təkidi ilə yenidən ölkə rəhbərliyinə gəlməsindən sonra tariximizdə mühim yeri olan bu faktların ictimai-siyasi qiymətləri verilmiş, uzun illər yalan sovet təbliğatı ilə üstü örtülü qalmış bu tarixi hadisələr barədə həqiqətlər dərindən araşdırılmağa başlanmışdır.Ümummilli liderimizin layiqli davamçısı,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Xanım Əliyevanın daim diqqətində olan Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi,onun qurucularının xatirələrinin əbədiləşdirilməsi və həmin dövrü əhatə edən ictimai-siyasi proseslərin araştırılıb,həqiqətlərin üzə çıxarılması sahəsində ölkənin bir çox qurumu tərəfindən müxtəlif araşdırma və layihələr həyata keçirilməkdədir”.
Dəyirmi masa ətrafında toplanmış rayon ziyalıları da öz çıxışlarında xalqımızın ölkə rəhbərliyi ətrafında sıx birləşdiyini qeyd edərək, Azərbaycan gənclərinə və dünya ictimaiyyətinə,ölkəmizə səfər edən xarici qonaqlara 31 Mart Soyqırımı həqiqətləri anlatmağın hər bir vətəndaşın borcu olduğunu, bu mövzularda tədbirlərin rayonlarımızda davamlı təşkil edilməsinin əhəmiyyətini vurğulayıblar.Mövzu barədə ictimai müzakirələr çay süfrəsi ətrafında davam etdilrilmiş,geniş diskussiyalar aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



