Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək

Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 25-də saat 10:00-da Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərini Şəki Şəhər Rayon Polis Şöbəsində qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə