Ticarət mərkəzindən oğurluq olub

Ticarət mərkəzindən oğurluq olub

Yasamalda ticarət mərkəzindən oğurluq olub. DİN-dən SİA-ya verilən məlumata görə, avqustun 5-də Yasamal rayonu ərazisindəki ticarət mərkəzlərindən birinin geyim otağında Bakı şəhər sakini Cavid Mahmudova məxsus 500 manat pul və mobil telefon oğurlanıb.

Əlahiddə Çevik Polis Alayının və Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuş Sadiq Yusifov və Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elman Qurbanzadə saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə