Zığ, Zəli gölü, Nübar qəsəbəsi və başqa sürüşmə sahələrində SON DURUM

Zığ, Zəli gölü, Nübar qəsəbəsi və başqa sürüşmə sahələrində SON DURUM

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisində sürüşmə zonalarındakı vəziyyətlə bağlı məlumatı açıqlayıb. ETSN-dən SİA-ya verilən məlumata görə, nazirlik iyul ayı ərzində də sürüşmə zonalarındakı vəziyyəti nəzarətdə saxlayıb.

Monitorinqlərin nəticələrinə görə, respublika ərazisində 99 sürüşmə hadisəsi qeydə alınıb. Onlardan 23-ü Bakıda baş verib.

Paytaxt üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən, Suraxanı rayonunda Zığ-1 sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb.

Bundan əlavə, Binəqədi rayonunda, I mədən yaşayış sahəsində, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərində, Sabunçu rayonunda Maştağa-Zabrat, Zabrat-Məhəmmədi, Savalan, Şuşa şəhərciyi subasma sahələrində, Daş Karxanası yaşayış massivində, o cümlədən Xəzər rayonunun Qala qəsəbəsində subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunub. Abşeron rayonunun Nübar qəsəbəsində təbii və texnogen faktorlar sürüşmə-çökmə sahəsində, Masazır qəsəbəsində Zəli gölü adlanan ərazidə isə sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivliyə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə