Nəsimi rayonunda şam ağaclarının quruma təhlükəsi qarşısında qaldığı faktı aşkarlanıb

Nəsimi rayonunda şam ağaclarının quruma təhlükəsi qarşısında qaldığı faktı aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, 20 yanvar küçəsində yaşıllıq ərazidə ağacların yandırılması ilə bağlı daxil olan şikayəti Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları yerində araşdırıblar. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həmin əraziyə keçirilən baxış zamanı 1,5 sot yaşıllıq ərazidə 4 şam ağacının yanaraq quruma təhlükəsi qarşısında qaldığı məlum olub. Faktla bağla akt tərtib edilib, qanun pozucusunun müəyyən olunması və barəsində qanunauyğun tədbirin görülməsi üçün Nəsimi Rayon Polis İdarəsinə müraciət edilib.

Ağaclara profilaktik xidmət göstərilməsi, qorunub mühafizə olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə