Bakı-Dairəvi 1 avtomobil yolunda (Biləcəri-Bakı-Sumqayıt yol ayrıcında) yol nişanlarının və lövhələrin sökülməsi və Abşeron rayonu, Dalğa plazanın qarşısından Novxanı istiqamətinə üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB