Səbail rayon İcra Hakimiyyəti 100-dən çox əlil uşaq üçün müsiqili-əyləncəli tədbir keçirib
3 Dekabr - Beynəlxalq əlillər günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan, 219 saylı evdə məktəbdə təhsil alan, Saray uşaq evində tərbiyə alan, həmçinin Daun Sindromlu Şəxslərin Assosiasiyasının üzvləri, ümumilikdə 100-dən çox əlil uşaq üçün müsiqili-əyləncəli tədbir keçirilib. Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən SİA-ya verilən xəbərə görə, tədbir iştirakçılarını salamlayan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışıb. O, qeyd edib ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 3550 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə bu il müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılıb. Heydər Əliyev Fondunun rəhbəri, Millət Vəkili Mehriban xanım Əliyevanını səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır".
A.Əsgərov bildirib ki, əlill vətəndaşla və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır: "Belə ki, əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Səbail rayonunda fəaliyyət göstərən 219 saylı Evdə məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan 780 nəfər uşaq 11 illik təhsil alır. Onlara 250 nəfər müəllim dərs keçir. Burada təhsilin səviyyəsi digər məktəblərdəkindən fərqlənmir, bir çox əlil uşaqların savadı adi məktəblərdəkilərdən də üstün olur".
Digər çıxışçılar əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onlar ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunmalıdır.
Eyni zamanda əlillərə RİH tərəfindən maddi yardım göstərilmiş, hədiyyələr təqdim olunmuş və tədbirdə iştirak edən incəsənət xadimləri öz mahnıları ilə görüşü uşaqların yaddaşında daha yaddaqalan və mənalı edib.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr - Beynəlxalq Əlillər günü Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB