2018-ci ilin 7 ayında Azərbaycanda 19 meşə və çöl yanğın hadisəsi baş verib. SİA-nın məlumatına görə, bunu mətbuat konfransında ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.
O bildirib ki, bu ilin ötən dövründə baş verən yanğın hadisələri nəticəsində 701 hektar meşə və çöl əraziləri yanğına məruz qalıb.
H.Əlizadə qeyd edib ki, bu il yanğınlar Şabran, Oğuz, Yardımlı Ağdaş, Lənkəran, Xaçmaz, Xızı, Ağsu, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göyçay, Masallı, Şəki və Siyəzən rayonlarında qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB