Dövlətə, Vətənə məhəbbət ruhunda yetişdi Amil

Dövlətə, Vətənə məhəbbət ruhunda yetişdi Amil

"XXI Əsrin Qaınları" İctima Birliyin sədri Mahirə Əmirhüseynovanın oglu, Səbail rayon Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər Liseyini fərqlənmə-qırmızı attestatla bitirən Amil Şirinli Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi test imtahanından 610 bal toplayaraq DİN-in Polis Akademiyasının müdavimi olub. Bu gözəl xəbər münasibətilə Amil Şirinlini təbrik edənlərin sırasına qoşularaq ona Azərbaycan vətəndaşlarının azadlığı keşiyində mətin dayanmağı, ölkəmizin gələcək uğurlarında onun da payının olmasını arzu edirik. Vətənə, dövlətə xeyirli olsun!!!

Qeyd edək ki, Amil gənclərin sağlam böyüməsi, onların idmana olan marağının artırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədi ilə Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Qusar şəhərində yerləşən "N" saylı hərbi hissədə rayonun təhsildə və idmanda fərqlənən şagirdlərdən, "Gənc Heydərçilər" hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi xüsusi istedadlı yeniyetmələrdən təşkil olunan düşərgədə 3 dəfə Fəxri fərman və medallarla təltif olunub.

Gənc fəal Amil Şirinli 11-ci sinifdə oxuyarkən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə orta məktəblərdə onun "Gələcəyin sağlam əsgəri" adlı layhəsi ugurla icra edilmişdir.

Təbrik edirik, uğurların davamlı olsun!

Bütün xəbərlər Facebook səhifəmizdə