ETSN ilə AYİB arasında fikir mübadiləsi aparılıb

ETSN ilə AYİB arasında fikir mübadiləsi aparılıb

Avqustun 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri İvana Fernandes Duarte arasında görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, görüş zamanı gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Həmçinin tərəflər arasında nazirliyin fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə