Azərbaycanda avqustun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-27°, gündüz 29-34°, Bakıda gecə 25-27°, gündüz 31-33° isti olacağı ehtimalı var.
Atmosfer təzyiqi normadan aşağı-755 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 26-27°, cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda 27-28° isti olacaq.
Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Bununla əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olması tövsiyə edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 2-3-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amildir.
Xəbərdarlığa əsasən, avqustun 2-si gündüzdən 4-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi ehtimal edilir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB