Azərbaycan İlahiyyat İnstitutunda görüş keçirilib FOTOLAR

Azərbaycan İlahiyyat İnstitutunda görüş keçirilib FOTOLAR

Bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin müdiri Etibar Nəcəfov Azərbaycan İlahiyyat İnstitutunda olub. SİA-nın verdiyi məlumata görə, institutun kollektivi ilə görüşən E.Nəcəfov, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının ölkə Prezidenti İlham Əliyevin din sahəsinə, xalqımızın milli–mənəvi dəyərlərinin qorunub saxlanılmasına göstərdiyi yüksək diqqətin bariz nümunəsi olduğunu qeyd edib. O, bildirib ki, institutun hazırladığı mütəxəssislər Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin və zəngin multikultural mühitin qorunub saxlanılmasında və inkişaf etdirilməsində xüsusi rola malik olacaqlar. Etibar Nəcəfov Azərbaycanda dövlət–din münasibətlərinin təkmilləşməsində Azərbaycan İlahiyyat İnstitutunun elmi mərkəz kimi böyük rol oynayacağına, İnstitutunun tələbələrinin və magistrlarının bu sahədə dərin biliklərə yiyələnəcəyinə əmin olduğunu bildirib. O, institutun gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Azərbaycan İlahiyyat İnstiutunun yaradılmasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsinə, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfə adlandırıb. Dövlətin din sahəsinə xüsusi qayğı göstərdiyini qeyd edib.

Sonra Etibar Nəcəfov İnstitutun kitabxanası ilə tanış olub, kollektiv qarşısında çıxış edib. İnstiutun rektoru kitabxanada islam tarixinə, ədəbiyyatına və mədəniyyətinə aid 12000 – dən artıq Azərbaycan, türk və ərəb dillərində kitabın olduğunu qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə