Azərbaycan Prezidenti Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. APA-nın məlumatına görə, Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi təsdiq edilib. Əqli Mülkiyyət Agentliyinin təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və bu Fərmanın 4.4-cü bəndində nəzərdə tutulmuş səlahiyyətlərin həyata keçirilməsi;
Agentliyin yenidən təşkil və ləğv edilməsi.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
Bu Fərmanın 4.4-cü bəndində nəzərdə tutulmuş səlahiyyətlərin həyata keçirilməsi;
strukturunun və illik maliyyə hesabatlarının təsdiq edilməsi;
idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi.
Agentliyə:
İnkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.
Müəyyən edilib ki, Agentliyin ilkin nizamnamə fondu 5 000 000 (beş milyon) manat təşkil edir, Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılır; İdarə Heyətinin tərkibi üç nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən digər iki üzvdən ibarətdir; Agentliyin işçilərinin say həddi 69 ştat vahididir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin nizamnamə fondunu 300 000 (üç yüz min), Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin nizamnamə fondunu isə 500 000 (beş yüz min) manat məbləğində müəyyən etmək; Fərmanın 5.2-ci bəndinə uyğun olaraq məlumat aldığı gündən on gün müddətində Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddini təsdiq etmək; Agentliyin strukturunu bir ay müddətində təsdiq etmək, .Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Fərmanın 3.3-cü bəndində nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin və strukturunun təsdiqini, icra orqanının yaradılmasını, onun səlahiyyətlərinin müəyyənləşdirilməsini və nizamnamə fondunun miqdarının müəyyən edilməsini, yenidən təşkil və ləğv edilməsini Azərbaycan Respublikasının Nazirlər Kabineti, təsisçinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən digər səlahiyyətlərini isə Agentlik həyata keçirir.
Fərmanın 3.4-cü və 4.2-ci bəndlərində nəzərdə tutulmuş vəsait Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin ilkin nizamnamə fondunda və Patent və Əmtəə Nişanları Mərkəzinin nizamnamə fondunda olan vəsait hesabına formalaşır. Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
Fərmana əsasən, Agentlik dövlət qeydiyyatına alındığı gündən “mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik olmuş Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin normativ hüquqi aktlarına münasibətdə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyəti, Agentliyin təklifləri əsasında, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



