Bələdiyyə sədri cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayəti Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları yerində araşdırıblar. Fakt təsdiqini tapıb.

Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, faktla bağlı əraziyə cavabdeh olan Şağan bələdiyyəsinin sədri Afiyəddin Məmmədov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə