Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi əsasında Ağcabədi rayonunda fəaliyyət göstərən günərzi qayğı mərkəzinin uşaqları üçün Şəki və Qax rayonlarında yay düşərgəsi təşkil olunub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, "İnkişaf Naminə İdman" İctimai Birliyi tərəfindən yaradılan mərkəzə çətin həyat şəraitində yaşayan 30-dan çox uşaq (o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqlar) qəbul edilib.
Onlar gündəlik olaraq və gün ərzində yarımstasionar formada sosial xidmətlərlə təmin olunurlar.
Burada uşaqlar həmçinin müxtəlif dərnəklərə cəlb edilməklə ilkin bacarıqları inkişaf etdirilir, onların cəmiyyətə inteqrasiyası üçün müvafiq işlər aparılır. Eyni zamanda, Ağcabədi rayonunda yay fəslində havaların isti keçdiyi nəzərə alınmaqla, mərkəzdəki uşaqların yay aylarında respublikanin digər sərin bölgələrində yay düşərgələri təşkil edilir. Rayonun yerli iş adamlarının dəstəyi ilə Şəki və Qax rayonlarında yay düşərgəsinin təşkil olunması belə tədbirlərin davamıdır.
Beş gün davam edəcək tədbirdə məqsəd mərkəzə qəbul edilmiş çətin həyat şəraitində yaşayan uşaqların yay aylarında asudə vaxtının səmərəli təşkili, onların Azərbaycanın gözəl təbiətə malik olan bölgələrində dincəlmələri, dünyagörüşlərinin artırılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB