Qənirə Paşayeva növbəti sosial layihəni ictimaiyyətə təqdim edəcək-ÖZƏL
Millət vəkili Qənirə Paşayeva Allen Karrın "Asan yol" kitabını Azərbaycan dilində nəşr edəcək. Bu barədə SİA-ya məlumat verən Qənirə Paşayeva bildirib ki, kitabın Azərbaycan variantı artıq hazırdır və hazırda son prosedurlar gedir. Bu kitabın hazırlanmasının bir sosial layihə olduğunu deyən millət vəkili vurğulayıb ki, nəşr siqareti tərgitmək istəyən insanların özünə kömək edə bilər. Onun sözlərinə görə, kitab hazır olduqdan sonra ictimaiyyətin diqqətinə çatdırılacaq: "İnsan oxuduğu zaman daha çox düşünür. Yeni nəşrdə aşırı siqaret çəkən şəxsin zamanla bu yoldan necə azad olması açıq-aşkar şəkildə öz əksini tapıb. İnsanlar da bu kitabı oxuyaraq düşünəcək və bundan necə qurtulmağın yollarını özləri üçün müəyyən edəcəklər. Kitab yaxın zamanlarda Azərbaycan dilində nəşr olunaraq ictimaiyyətə təqdim olunacaq. Bu kitabın daha çox siqaret çəkiləcək və ya çəkilə biləcək mühitdə yayılması daha önəmlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB