Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycana gəlib. "Report"un verdiyi xəbərə görə, o, "Jara" Beynəlxalq Festivalında iştirak edir. M.Zaxarova rusiyalı şou-biznes ulduzları ilə birgə festivalın açılışında qırmızı xalça üzərindən keçib. Rusiya XİN-in sözçüsü deyib ki, o, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri ilə müzakirələr aparmaq üçün Bakıya gəlib və müzakirələr sabah keçiriləcək.
"Bu gün Bakıda keçirilən festivaldan çox məmnunam", - M.Zaxarova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB