“ASAN xidmət”ə 23 milyonuncu müraciət qeydə alınıb

“ASAN xidmət”ə 23 milyonuncu müraciət qeydə alınıb

İyulun 26-da “ASAN xidmət”ə 23 milyonuncu, o cümlədən Səyyar “ASAN xidmət”ə 1 milyon 500 mininci vətəndaş müraciəti qeydə alınıb. SİA xəbər verir ki, bu müraciətin sahibi Gədəbəy rayon sakini Hüseyn Qarayev olub. O, Gədəbəy rayonunda Səyyar “ASAN xidmət”ə müraciət edərək Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

23 milyonuncu müraciətin sahibi kimi Hüseyn Qarayev təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıb.

“ASAN xidmət”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev AZƏRTAC-ın bölgə müxbirində müsahibəsində bildirib ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar “ASAN qatar” vasitəsi ilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə