2018-ci ilin 24 iyul tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev DSX-nin sərhəd qoşunlarının “Şəki” sərhəd dəstəsinin “Laza” sərhəd zastavasına səfər ediblər.
Səfər zamanı Dövlət Sərhəd Xidmətinin və ASAN Xidmətin birgə təşkilatçılığı ilə 100 nəfər ASAN könüllüsü üçün təşkil olunmuş “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları ilə görüş keçirilib, “Laza” sərhəd zastavasında sərhədçilərin xidmət və yaşayış şəraiti ilə tanış olunub.
Görüşdə gənclərin hərbi-vətənpərvərlik, Azərbaycan dövlətçiliyinə sədaqət və Vətənə məhəbbət ruhunda tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub, bu cür layihələrin miqyasının daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ölkəmizin hərbi qüdrətinin yüksəldilməsi istiqamətində görülən işlər sayəsində torpaqlarımızın ən yaxın müddətdə işğaldan azad ediləcəyinə əminlik ifadə olunub, fəaliyyət sahəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının dövlətçilik naminə çalışmasının böyük əhəmiyyət kəsb etməsi vurğulanıb.
“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları tərəfin-dən görüş böyük sevinclə qarşılanıb, dövlət qurumlarının rəhbərlərinə minnətdarlıq bildirilib. ASAN könüllülərinin xahişi ilə düşərgənin fəaliyyət müddətinin daha da artırılması barədə qərar qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB