Bu gün Mədəniyyət Nazirliyi və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) “Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək perspektivləri” mövzusunda birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev mədəniyyət sahəsi və media münasibətlərindən danışıb, mədəni proseslərin işıqlandırılmasında medianın müstəsna xidmətlərinin olduğunu deyib.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, mədəniyyət nazirliyi ilə keçirilən müsabiqəyə 34 mətbuat orqanından 44 yazı təqdim edilib.
Daha sonra “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu və digərləri çıxış edərək Fondun keçirdiyi yazı müsabiqələrinin əhəmiyyətindən danışıblar.
Sonda qaliblərə mükafatlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB