363 nəfər cərimələnib

363 nəfər qadağan olunmuş yerlərdə siqaret çəkdiyi üçün cərimələnib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, 2018-ci ilin 6 ayı ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə görə 363 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci və 306.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub.

Onlara tətbiq edilmiş cərimələr 11 205 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə