Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bu barədə SİA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova məlumat verib.
O bildirib ki, hər il Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri təşkil edilir: "Bu il də ənənəvi olaraq, 24-29 iyul 2018-ci il tarixlərdə nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır. Şəfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın mədəniyyəti, elmi və tarixi ilə tanış olacaqlar, bir sıra dövlət və qeyri-hökumət təşkilatların nümayəndələri ilə görüşəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB