ATƏT Azərbaycan-Ermənistan sərhədində növbəti monitorinq keçirəcək

ATƏT Azərbaycan-Ermənistan sərhədində növbəti monitorinq keçirəcək

Azərbaycan və Ermənistanın dövlət sərhədində növbəti monitorinq keçiriləcək. Azərbaycan Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə