“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib

“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib

Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, püşkatmada komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları iyulun 28-da yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə yarışacaq.
Müsabiqədə bu il 23 ölkədən tank heyətləri iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə