Mərkəzi Neftçilər Xəstəxanasında keçirilən qaraciyər köçürülməsi əməliyyatının nəticələri ilə bağlı tədbir keçirilib
Bugün noyabr ayının 28-də Mərkəzi Neftçilər Xəstəxanasında keçirilən qaraciyər köçürülməsi əməliyyatının nəticələri ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə xəstəxananın rəhbəri Mircəlal Kazımi, donor üzərində aparılan əməliyata rəhbərlik edən doktor Eldar Əhmədov və əməliyyatda iştirak edən digər personallar iştirak ediblər.
Tədbiri giriş sözləri ilə açan doktor Mircəlal Kazımi əməliyyat haqında məlumat verərək bildirib ki, artıq bu sahədə Azərbaycanda kifayət qədər irəliləyiş müşahidə edilir: "Biz orqan köçürmə sahəsində artıq 12 əməliyyat etmişik. Bunun 2-si xarici vətəndaşların üzərində keçirilib. Əməliyyatlar arasında ən unikalı 2 gün öncə gerçəkləşdirilən olub. Əməliyyat 7 aylıq körpənin üzərində aparılıb. Anadangəlmə biliyar arteriya (öd yolların olmaması) xəstəliyi ilə doğulan uşaq 2 aylıq olanda İranda əməliyyat edilib, lakin öd yollarının bərpası mümkün olmayıb."
Əməliyyatın uğurla başa çatdığını deyən doktor xəstəxananın bu cür əməliyyatlara hazırlıqlı olmasında Azərbaycan Dövlət Neft Şirkətinin əhəmiyyətini xatırladıb: "Bu gün biz belə əməliyyatları bu cür uğurla gerçəkləşdirə biliriksə bu işdə mütəxəssislərin olduğu qədər ARDNŞ-ın da dəstəyi var. Xəstəxanamızın ən yeni avadanlıqlarla təchiz olunması məhz ARDNŞ-ın köməyi nəticəsində mümkün olub".
Həkim onu da qeyd edib ki, köçürülmə əməliyyatı bütün dünyada geniş yayılıb: "Dünya ölkələrində adətən kimsə öləndə orqanlarının bağışlanması halı artıq real hadisə kimi formalaşıb. Bizdə isə bu hələ ki, sadəcə ehtiyacdan olur. Belə əməliyyatlar üçün artıq xarici dövlətlərə getməyə ehtiyac yoxdur. Artıq dəfələrlə sınanaraq sübut edilib ki, Azərbaycan belə əməliyyatlara qadirdir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB