"İqlim dəyişmələrinə təsirin azaldılması ilə əlaqədar Xəzəryanı neft-qaz şirkətlərinin təşəbbüsləri-regionlararası təcrübə mübadiləsi" mövzusunda konfrans keçirilib
Bu gün "Park İnn" mehmanxanasında "İqlim dəyişmələrinə təsirin azaldılması ilə əlaqədar Xəzəryanı neft-qaz şirkətlərinin təşəbbüsləri-regionlararası təcrübə mübadiləsi" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (DİW econ GmBH ) və Dünya Bankının "Qlobal Qaz Yandırılmalarının azaldılması üzrə tərəfdaşlıq (GGFR)" Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.
Konfransın açılış nitqini ARDNŞ-ın ekologiya məsələləri üzrə vitse-prezidenti Soltan Əliyev edib. O konfransın kemirilməsində əsas məqsədin ARDNŞ-ın ekologiya idarəsinin DİW Econ şirkəti və GGFR təşkilatı ilə birlikdə hazırlamış "ARDNŞ-nın, əməliyyat şirkətləri və birgə müəssisələrin neft yataqlarından atmosferə atılan səmt qazının azaldılması planı"nın sənədlərinin təqdimatı olduğunu bildirib.
Soltan Əliyev daha sonra sözü ARDNŞ-ın birinci vitse-prezidenti Xoşbəxt Yuzifzadəyə verib. Xoşbəxt Yusifzadə də öz növbəsində tədbir iştirakçılarını salamlayaraq ARDNŞ-ın fəaliyyəti haqqında konfrans iştirakçılarına məlumatlar verib. O, ARDNŞ-ın yarandığı gündən həyata keçirilən uğurlu layihələrindən də söz açıb.
X.Yusifzadə tədbir mövzusuna aid olan səmt qazları haqqında da danııb. O bildirib ki, neft hazsilatı zamanı yaranan səmt qazlarının azaldılması yönümdəki çalışmalar və araşdırmaların ARDNŞ tərəfindən yüksək səviyyədə aparılır. ARDNŞ-ın birinci vitse-prezidenti ən sonunda ekoloji layihələr ətrafında danışıb.
Daha sonra Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Cozef M. Ouen söz alıb. O da tədbirin mahiyyətini vurğulayaraq bağlı olduğu qurumun bu sahədə marağının yüksək olduğunu qeyd edib.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Herbert Kvelle ölkəsinin bu sahədə gördükləri işlərdən söz açaraq, Azərbaycanın da bu sahədə yüksək səviyyədə işlər görəcəyindən şübhə olmadığını vurğulayıb.
Daha sonra ARDNŞ-ın ekologiya məsələləri üzrə vitse-prezidenti Soltan Əliyev layihələr ətrafında məruzələr edib. Ümumi layihələr ətrafında çıxışlaredən Soltan Əliyev tədbir iştirakçılarını bir sıra layihələrlə də tanış edib. Soltan Əliyevdən sonra BP şirkətinin nümayəndəsi L. Meyerink "tərkibində istilik effekti yaradan qazlar, daxili ticarət, əldə edilmiş biliklər və onların müsbət nəticələri ətrafında çıxışlar edib.
Qeyd edək ki, konfransda bir sıra neft-qaz şirkətləri və yerli təşkilatlar daxil olmaqla 70 təşkilatdan, təxminən 120 nəfərin iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB