Bəxtiyar Əliyev: “İbtidai sinif müəllimliyində üstünlük daha çox kişilərə verilməlidir” - MÜSAHİBƏ

Bəxtiyar Əliyev: “İbtidai sinif müəllimliyində üstünlük daha çox kişilərə verilməlidir” - MÜSAHİBƏ

Millət vəkili Bəxtiyar Əliyevin SİA-ya müsahibəsi

 

- Bu gün ölkədə fəaliyyət göstərən müəllimlərin 95%-ni qadınlar təşkil edir və kişilərin pedaqoji ixtisaslara marağı tamamilə azdır. Sizcə, bunun səbəbləri nədir və bu kimi problemlərin aradan qaldırılması üçün hansı işlər görülməlidir?

- Ümumiyyətlə, bu məsələyə çox cəhdlər göstərilib ki, müəllim peşəsini seçən şəxslər müəyyən qabiliyyət imtahanlarından keçirilsin. Təəssüflər olsun ki, bu keçid dövrünün bir ağrısı, bəlasıdır ki, müəllimə, təhsilə olan münasibət tamamilə dəyişib. 90-cı illərin əvvəllərində təhsilə maraq tamamilə itmişdi və belə bir fikir formalaşmışdı ki, azərbaycanlılar ticarətlə məşğul olduğundan onların təhsil almasına nə ehtiyac var. Müəllim peşəsi və təhsil məqsədyönümlü şəkildə nüfuzdan salınırdı. Bu dövrdə belə bir fikir formalaşdı ki, bir iş tapa bilməsən gedib müəllim olarsan. Müəllim olmaq olduqca çətin bir peşədir. Bütün dünyada insan çox savadlı və nüfuzlu bir alim ola bilər. Amma onun pedaqoji fəaliyyət göstərməsi üçün xüsusi icazə lazımdır. Əgər icazə verilməsə, o, müəllimlik peşəsi ilə məşğul ola bilməz. Gələcəkdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən gənclər arasında işlər aparılmalıdır. Təsəffür edin ki, bu cəmiyyətdə belə bir fikir formalaşıb ki, qızlar ancaq ibtidai siniflər üçün müəllimliyə getməlidir. İbtidai siniflər ancaq qızlar, qadınlar üçündür. Bu kökündən yalnış fikirdir. Mən deməzdim ki, burada ancaq kişilər olmalıdır, ancaq üstünlük daha çox kişilərə verilməlidir. Çünki istəsəkdə-istəməsəkdə həmin yaş dövründə iradi proseslərin sürətlə inkişaf dövrüdür və qadın müəllimlər ilk növbədə anadırlar. Ana nəvazişi, uşaqlara güzəştə getmək onların iradəsində, tərbiyəsində daha çox ana hisslərinin səviyyəsi fərq edilməyən səviyyədə belə müəyyən problemlər yaradır. Ancaq kişi müəllimlər bu hisslərdən uzaqdırlar və onlar uşaqlarda iradi səylərin inkişafına daha çox istiqamət verirlər. Tələbkarlıq da tamamilə başqa səpkidə qurulur. Hər ikisində tələbkarlıq var, hər ikisi yüksək səviyyədə tədris keçir, ancaq burada bir balaca fərqlər var. Təhsildə tərbiyənin nümunə deyilən metodu da var. Kişidəki o nümunə, xarakter, əlamət, münasibətlər istər-istəməz şagird tərəfindən mənimsənilir və onun xarakter əlamətlərinə çevrilir. Bu baxımdan düşünürəm ki, həm müəllim peşəsinin çətinliyini nəzərə çarpdırmaq, həmdəki cəmiyyətdəki gender bərabərsizliyini aradan qaldırmaq, təhsil sistemində kişi və qadınların bərabər sürətdə iştirakını təmin etmək üçün bu məsələyə baxılmalıdır. Cəmiyyətdə bu tətbiq olunmalı və müəllimin nüfuzu yenidən özünə qaytarılmalıdır. Bu gün Azərbaycan hökuməti bunun üçün xeyli işlər görür, ancaq mənə elə gəlir ki, hərə görəcəyimiz işlər daha çoxdur.

- Dövlət sifarişli ixtisaslarda illik təhsil haqqının artırılması ilə bağlı fikirlərə münasibətiniz necədir?

- Bu məsələyə aydınlıq gətirmək lazımdır, çünki fikrimcə burada biraz çaşqınlıq yaranıb. Söhbət ondan gedir ki, artıq yeni təhsil haqqında qanunda dövlət sifarişi ilə bağlı ali məktəblər arasında müəyyən bir fərq var. Yüksək ballılar dövlət ali məktəblərinə, nisbətən az ballılar isə özəl ali məktəblərə gedirdi. Bizdə təhsilin mülkiyyət formasından asılı olmayaraq hamısına bərabər yanaşılırdı. Çünki dövlət standartları əsasında təhsil verir və mütəxəssis hazırlayırıq. Yeni qaydaya əsasən tələbə balı toplayır və istədiyi ali məktəbi seçərək ora qəbul olur. Yüksək balla qəbul olmunuş tələbə hansı ali məktəbi seçirsə, maliyyə də onun ardınca ora gedir. Amma əvvəllər belə idi ki, özəl ali məktəblər özü yüksək təhsil haqqı qoymaqla özünü maliyyələşdirə bilirdi. Dövlət ali əhsil müəssisələrində isə bütün bu xərcləri dövlət öz üzərinə götürürdü. Bu tələbələr özəl təhsil müəssisəsinə getdikdə və yaxud dövlət sifarişli tələbələr dövlət ali təhsil müəssisələrinə gəlmədikdə, bu ödənişlər azalır. Bu zaman nə etmək lazımdır. Dövlət ödənişlərin bir hissəsini özəl təhsil müəssisələrinə konpensasiya edir, bəs yerdə qalan hissəsi necə olacaq? Dövlət ali təhsil müəssisəsinə ödənişli gələn tələbələr artıq birbaşa dövlət sifarişi ilə gəlir ki, bu zaman özəl təhsil əsasında əldə olunan gəlirlərdən dövlət təhsil müəsisəsi məhrum olur və öz daxili imkanları hesabına inkişaf etmək imkanlarını itirmiş olur. Bu baxımdan artıq məəslə müvafiq dövlət qurumları ilə müzakirə olunur. Həmin ali məktəblərin həm elm, həm də təhsilini vəhdətdə inkişaf etdirmək üçün hansı maliyyə tədbirləri görülməlidir ki, ali məktəblər inkişaf etsin və geriyə qalmasın. Söhbət bundan gedir. Amma biz bötövlükdə standartlardan yanaşsaq hər bir keyfiyyətli xidmətin qiyməti var. Keyfiyyət nə qədər yüksəkdirsə, ona ödəniş də çoxdur. Bu süni sürətdə yarana bilməz. Artıq ali məktəblərə seçim vermişik. Dövlət resurlarını daha çox tələbələrin qəbul olunduğu və təhsilin keyfiyyəti yülsək olduğunu ali məktəblərə yönəldəcək. Cəmiyyətdə təbii ki, istər hüquqi, istərsə də fiziki şəxslər ödənişləri həmin məktəbə yönəldəcək. Yüksək təhsil verməyən təhsil müəssisələri isə bu sağlam rəqabətdən çıxa bilməyəcək, digər ali məktəblərə birləşdiriləcək. Bunun gələcək nəticəsini belə gözləyirik.

- Ümumiyyətlə, bu gün dövlət sifarişli ixtisaslarda tələblərin təhsili üçün ayrılan vəsait sizi qane edirmi?

- Bizim mentalitetdə belə bir fikir formalaşıb ki, suni surətdə təhsil haqqı artırılır. Məsələ belə deyil. Məsələ mənim dediklərim kimi olacaq. Yəni, yüksək, keyfiyyətli təhsili və elmi araşdırmaları təşkil etmək, onları tələbələrin təhsil aldıqları müddətdə təhsilə tətbiq edilməsi xeyli maliyyə vəsaiti tələb edir. Necə ola bilər ki, Avropanın ali təhsil məktəblərində bir tələbənin illik təhsil xərci 25-30 min dollar civarındadırsa, bizdə isə bu 1000-1200 dollar civarında olduğu halda hansı rəqabətdən söhbət gedə bilər. Söhbət ondan gedir ki, bugün biz sadəcə təhsil vermirik, həmçinin cəmiyyətin sifariş etdiyi ixtisaslar üzrə təhsil verməliyik. Bu təhsil verdiyimiz şəxslər isə Avropa məkanında bir mütəxəssis kimi hərəkət etmək imkanına malik olmalıdır. Bu da onun təhsildən və elmindən asılıdır.

- Bu il ilk dəfə olaraq tətbiq olunan yeni maliyyələşmə mexanizmindən gözlənilən nəticəni əldə etmək mümkün oldumu?

- Bu istiqamət cari il üçün ilk addımlar, ilk təcrübədir. Şübhəsiz ki, burada müəyyən problemlər, çatışmamazlıqlar, çətinliklər olacaq. Ancaq biz o yolu keçməliyik. Hər bir keçid çətin olur. Bugün Azərbaycan özünün inkişaf yolunu seçib, azad, rəqabətli bazar iqtisadiyyatını, hüquqi dövlət quruculuğu yolunu seçib və burada uğurla addımlayır. Ona görə də bu yolda sağlam rəqabət əsasında işlərin hamısı görülməlidir. Təhsilin hər bir dövlətin, cəmiyyətin gələcəyində müstəsna xidməti var və hər bir şey təhsildən asılıdır. Ancaq biz bəzən belə düşünürük ki, bunun nəticəsini 1 və ya 5 il ərzində görə bilərik. Amma bunun ən yaxın nəticəsini 10 ildən sonra görmək mümkündür. Ona görə də təhsil sahəsində aparılan hər bir islahatlar I-XI sinfə kimi hesablanır. Biz sadəcə olaraq neft ölkəsi və ya aqrar ölkə kimi inkişaf edə bilmərik. Biz yüksək texnologiyalar cəmiyyəti ölkəsi kimi inkişafı qarşımıza məqsəd qoymuuq. Ona görə də biz qara qızılı insan kapitalına çevirməsi siyasətini həyata keçiririk. Düşünürən ki, Azərbaycan düzgün seçim edib və gələcəkdə bunun uğurlu nəticəsini görəcəyik.

- Gələcəkdə jurnalistika fakultəsinə qabiliyyət imtahanlarının tətbiq edilməsini nə dərəcədə düzgün hesab edirsiniz?

- Əslində jurnalistika fakultəsi həmişə ən prestijli fakultə olub. Jurnalistika fakultəsini seçən insanlar artıq orta məktəbdən müəyyən yazılarla mətbuatda çıxış etməyə cəhd göstərir və özlərini buna hazırlayırlar. Əvvəllər qəzet, jurnalların sayı az olduğundan təbii ki, işçilərin də sayı az idi. Birdən-birə bolluq yarandı, 100-lərlə qəzet və jurnallar açıldı və bu dövrdə hər kəs elə heab etdi ki, ən asan peşə jurnalist peşəsidir. Bu peşəyə güclü axın başlandı. Amma əslində jurnalistika peşəsi çox çətin və özünə qarşı tələbkar olan bir peşədir. Çünki cəmiyyətdə baş verən bütün sahələrdəki prosesləri dərindən öyrənmək, təhlil etmək və onun əsasında təkliflər vermək jurnalistikanın əsas qayəsini təşkil edir. "Əkinçi"dən sonra böyük ziyalılarımız C.Məmmədquluzadənin, Sabirin mətbuatdakı əməkdaşlığı və mətbuatın o dövrdə Azərbaycan cəmiyyətinin inkişafı, savadlanması, tərəqqisi üçün çatışmayan cəhətlər və onların aradan qaldırılması yolları haqqında müdrik fikirləri jurnalistikadan irəli gəlib və böyük mütəfəkkirlər hamısı öz qələmlərini bu sahədə sınayıblar. Amma bugünləri şükürlər olsun ki, keçid dövrünü artıq başa vurmuşuq və jurnalistika özü-özünü cilalayır. Mən hesab edirəm ki, jurnalistikaya gələn hər bir gənc və ya hər hansı bir şəxs hökmən müəyyən qabiliyyətlərin göstərməlidir. Çünki azmaq olduqda çox çətin bir məsələdir, təhlil etmək ondan geri qalmır, təkliflər vermək isə ən çətin hissəsidir. Ona görə də hesab edirəm ki, bu gun Azərbaycanda normal cəmiyyətdə gedən prosesləri təhlil etmək və onu ümumiləşdirərək təkliflər vermək qabiliyyətinə malik olan jurnalistikamız formalaşıb. Bu bir örnək, meyar olacaq ki, jurnalistika özü-özünü tənzimləsin.

Bütün xəbərlər Facebook səhifəmizdə