Gəncə ziyalıları terror aktını lənətləyirlər SƏS TV - RƏYLƏR

Gəncə ziyalıları terror aktını lənətləyirlər SƏS TV - RƏYLƏR

Gəncədə baş verən qanlı olaylar cəmiyyətin nifrəti ilə qarşılanıb. Xüsusən də gəncəlilər terror hadisələrinin məhz onların yaşadığı şəhərdə baş verməsindən narahat olduqlarını bildiriblər. SİA-nın Gəncə bürosunun əməkdaşı hadisə ilə bağlı şəhər ziyalılarında münasibət öyrənib. Həmin qeydləri oxucularımızın diqqətinə çatdırırıq:

İbrahim Cəfərov,

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru:

- Azərbaycanın hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən bu hadisələr dərinliklə araşdırılacaq, günahkarlar qanun çərçivəsində öz cəzalarını alacaqlar. Lakin bir ziyalı kimi, bir gəncəli kimi məni narahat edən sosial şəbəkələrdə bir qurup adamların bu hadisələrdən Azərbaycanın dövləti əleyhinə, Azərbaycanın iqtidarı əleyhinə istifadə etməsidir. Heç bir əlqəsi olmayan, uzun zamandır Avropada yaşayan, yalnız bizim səhvlərimizi görən, bizim gördüyümüz işlərə səhv deyən insanlar siyasi şoular yaradılırlar, nə gəldi danışırlar və bu məsələləri insanlara başqa formada çatdırmaq istəyirlər. Mən üzümü bu şəxslərin hamsına, bunların yaradıcılarına, göyçaylı İsgəndər İsgəndərov var ona, Qurban Məmmədova, Arif Məmmədova, Orduxana və digər Avropada yaşayıb erməninin dəyirmanına su tökən insanlara tutub deyirəm, ar olsun, ayıb olsun. Bu gün Azərbaycan dövləti güclüdür ayaq üstədir. Mən üzümü şəhər əhalisinə tutub demək istəyirəm ki, hamımız diqqətli olmalıyıq və prezidentimizin ətrafında sıx birləşməliyik.

Zakir Hüseynov,

Gəncə şəhər Təhsil İdarəsinin rəisi:

- Gəncə şəhərində baş verən hadisələr məni də bir vətəndaş kimi narahat edir. Bu gün narahatçılıq hissələrini yaşayırıq. Çünki, bu bizim dövlətimizdir və biz dövlətimizlə fəxr edirik. Biz cənab Prezidentin ətrafında sıx birləşməliyik və belə terror hadisələrinin qarşısını almaqda cəsarətlə öz sözümü deməliyik. Doğurdan da öz tollerantılığl ilə seçilən Azərbaycan bütün dünyaya bir nümunədir. Biz cənab Prezidentimizin ətrafında sıx birləşməliyik ki, belə terror aktlarının qarşısı alınsın.

Roza Qafarova,

həkim:

- Mən Gəncədə 45-ilə yaxındır həkim işləyirəm və Gəncənin bütün ictimai siyasi hadisələrində fəal iştirak etmişəm. 1988-90-cı illəri də görmüşəm və əhalini indi aldatmaq mümkün deyil. Xaricə qaçıb gedənlərə üzümü tutub deyirəm ki, nə azərbaycanlıları, nə də özünüzü biabır etməyin. Artıq xalq oyanıb. Gəncədə yaşamayan Gəncənin abadlıq işlərini görməyən, qaçıb xaricə gedənlər yalandan böhtan atmayın. Gəncəlilər ağı-qaradan seçməyi bacarır.”

Sevda Əsgərova,

həkim:

- Gəncə şəhərində baş verən hadisələri mən də bir ziyalı həkim kimi laqeyid qala bilmirəm. Bu hərəkəti, terror aktını pisləyirik və əminik ki, cinayətkarlar öz cəzalarını alacaqlar. Mən bütün ziyalılara müraciət edərək bu terror aktlarını lənətləməyə çağırıram.

Namiq Məmmədov,

sahibkar

- Gəncədə baş verən hadisələri bir azərbaycanlı olaraq, bir gəncəli olaraq qınayırıq. Bu hadisələri törədən şəxs və ya şəxslərin qanun çərçivəsində cəzalandırılmasını istəyirik. Biz gəncələlilər cənab Prezidentin daim arxasındayıq, bu siyasi kursu layiqincə həyata keçirənlərin daim yanındayıq.

Bütün xəbərlər Facebook səhifəmizdə