Bu gün YAP Biləsuvar rayon təşkilatının akt zalında Gəncə hadisələri ilə əlaqədar Biləsuvar ağsaqqalları ilə gənclərin görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşü giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev bildirib ki, iyulun 10-da saat 20.00 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü şəxslərin Gəncə şəhərində meydana toplaşaraq asayişi kobud şəkildə pozmaq cəhdi və iki polis əməkdaşının qətlə yetirilməsi insanlığa sığmayan cinayət və dövlətçiliyimizə qarşı yönəlmiş təxribatdır.
"Bu hadisə ölkəmizin bütün vətəndaşlarını hiddətləndirdiyi kimi, Biləsuvar rayon əhalisinin də hiddətinə səbəb olmuşdur. Əslində, bu hadisə xarici qüvvələr tərəfindən mliyyələşdirilən, eynizamanda daxildə onlara rəvac verən qrupların işidir.Belə radikal qüvvələr heç vaxt müstəqilliyimizi sarsıda bilməz", deyə qeyd edən natiq əminliklə bildirib ki, biləsuvarlılar - qadınlar, ağsaqqallar, ziyalılar və gənclər həmişə belə radikal qüvvəllərlə mübarizə aparıb və bundan sonra da ölkə Prezidenti Cənab İlham Əliyevin ətraafında sıx birləşərək, dövlətçiliyimizin qorunmasına xidmət edəcəklər.
Tədbirdə Biləsuvar rayon Ağsaqqallar Şurasının sədri Əvəz Miriyev çıxış edərək, biləsuvarlı gəncləri radikal dini cərəyanlara qoşulmamağa, müstəqillik yolunda əzimlə mübarizə aparmağa çağırıb.
Tədbirdə Biləsuvar rayon Gənclər və İdman idarəsinin rəisi, YAP Biləsuvar rayon təşkilatı gənclər birliyinin sədri Aqşin Bağırov çıxış edərək bildirib ki, biləsuvarlı gənclər həmişə dövlətə və dövlətçiliyə sədaqətləri ilə seçiliblər. Gəncə hadisələrinə də biganə qalmayn biləsuvarlı gənclər sosial şəbəkələrdə fəal iştirak edərək dövlətçiliyimizə zərər vermək istəyən radikal qüvvələrə qarşı daim mübarizə aparacaqlar.
Tədbirdə rayon Ağsaqqallar Şurasının üzvlərindən Akif Kazımov, Əvəz Ağayev, Rüstəm Əliyev, Məhərrəməli Kazımov və başqaları çıxış edərək gənclərə öz dəyərli tövsiyyələrini veriblər.
Tədbirdə biləsuvarlı gənclərdən Rabil Şahbazov, Aqil Bəşirov, Elşən Ağazadə və başqaları çıxış edərək, Biləsuvarlı gənclərin ölkə Prezidenti Cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və radikal müxalif qüvvələrə qarşı əzlə mübarizə aparacaqlarını bildirdilər.
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB