Şəhid polislər “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildilər SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci il iyulun 10-da Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı cəsarət və polis andına sonadək sadiqlik nümayiş etdirərək qəhrəmancasına həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər:
İlqar Məmməd oğlu Balakişiyev - polis polkovniki (ölümündən sonra)
Səməd Yunis oğlu Abbasov - polis polkovnik-leytenantı (ölümündən sonra).
Bütün xəbərlər Facebook səhifəmizdə