Ağstafada kanalizasiya suları küçələrə axıdılır SƏS TV

Ağstafada kanalizasiya suları küçələrə axıdılır SƏS TV

Ağstafada Poylu arxı antisanitar vəziyyətdədir. Rayonun bir neçə yaşayış massivinin suvarılması üçün nəzərdə tutulmuş Poylu arxı rayonun Dağ Kəsəmən kəndi ərazisində antisanitar vəziyyətə salınıb. Belə ki, kəndin məişət tullantıları, kanalizasiya suları kanala axıdılır. Ağstafa Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Nurəddin Aşurov kanalın ətrafının, mühafizə hissəsinin ticarət obyektləri və qanunsuz tikilən evlərlə zəbt olunduğu üçün həmin arxda təmizlik işlərinin aparılmasının mümkünsüz olduğunu bildirir. Qeyd edək ki, kanalizasiya sularının kanala axıdılması buranı tamamilə antisanitar vəziyyətə salıb. Bu da həmin arxdan həyətyanı sahələrinin suvarılması üçün istifadə edən bir neçə yaşayış massivini təhlükə qarşısında qoyub. Məsələyə münasibət bildirmək üçün bir neçə dəfə Dağ Kəsəmən kənd bələdiyyəsində üz tutsaq da burada heç kəsi yerində tapa bilmədik. Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qazax rayonunda yerləşən 2 saylı şöbəsindən isə məsələnin tezliklə araşdırılacağını bildirdilər. Biz isə mövzuya yenidən qayıdacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə