Terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb RƏSMİ

Terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb RƏSMİ

Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb, 3 şəxs həbs edilib. SİA-nın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məlumatda bildirilir ki, terrorçuluğa açıq çağırışlar edən və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib. Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə