Nəsimi rayon məktəbləri üçün “Sərhədçi” yay düşərgəsi təşkil olunub FOTOLAR
Dövlət Sərhəd Xidmətinin fəaliyyətində gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi, gənclər arasında dövlət sərhədinin mühafizəsi sahəsində qazanılmış nailiyyətlərin təbliği əhəmiyyətli yerlərdən birini tutur. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, bu məqsədlə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.
Sərhədlərimizin mühafizə olunmasının əhəmiyyətinin daha dərindən dərk edil-məsi, məktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi pеşəsinə hörmət ruhundа tərbiyə olunması məqsədi ilə Dövlət Sərhəd Xidməti yeni layihəyə - sərhəd zasta-valarında gənclər üçün hərbi-vətənpərvərlik düşərgəsinin təşkili layihəsinə start verib.
Bu layihə çərçivəsində ilk olaraq Bakı şəhərinin Nəsimi rayonundakı orta məktəblərin 7-10-cu sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay düşərgəsi təşkil olunub.
İyul ayının 11-də məktəblilər Ulu Öndər Heydər Əliyevin Nəsimi rayonu ərazi-sindəki abidəsi önünə tər çiçək dəstələri düzdükdən sonra avtobusla Qəbələ rayo-nunun səfalı guşəsində yaradılmış yay düşərgəsinə yola düşüblər.
İyul ayının 12-də “Laza” sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin, Nəsimi rayon İcra Hakimiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin iştirakı ilə “Sərhədçi” hərbi-vətənpərvərlik düşərgəsinin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko-mandanı cənab İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan döv-lətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, sağlam böyüməsinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Yay düşərgəsinin sərhəd zastavasının ba-zasında təşkil olunmasının əsas məqsədlərindən biri də gələcək əsgərlərin sərhəd zastavasındakı xidmət və məişət şəraiti, silah və texnika ilə yaxından tanış olma-sından, onlarda sərhədçi peşəsinə marağın daha da artırılmasına şərait yaradıl-masından ibarət olduğu qeyd edilib.
Müəllimlərlə yanaşı, şagirdlərin təlim-tərbiyə işləri ilə sərhədçi zabitlər məşgul olacaq, meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, avtomat silahının sökülüb-yığılması, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı, səmərəli və yaddaqalan edəcəkdir.
Yay düşərgəsində məktəblilərin mənalı istirahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanmış, məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü ten-nis yarışları, müxtəlif əyləncəli musiqili tədbirlərin, Azərbaycan kinomatoqrafçıları tərəfindən vətənpərvərlik mövzularında çəkilmiş filmlərin və Dövlət Sərhəd Xidmətinin fəaliyyətini əks etdirən videoçarxların nümayiş etdirilməsi nəzərdə tutu-lur. Yay düşərgəsi zamanı şagirdlər üçün Qəbələ rayonunun görməli yerlərinə, mədəniyyət ocaqlarına ekskursiyalar təşkil olunacaq, bu da məktəblilərin regionla yaxından tanış olmalarına imkan verəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB