Aİ rəsmiləri "Twitter"də İlham Əliyevin Donald Tuskla görüşü barədə məlumatlar yayıblar
Avropa İttifaqının rəsmiləri "Twitter" hesablarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşü və “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması barədə məlumatlar yayıblar.
Prezident Donald Tuskun "Twitter"ində vurğulanır: “Prezident İlham Əliyevlə bizim ikitərəfli əlaqələrimizin inkişafına xidmət edən uğurlu görüş oldu. Görüşdə Azərbaycandakı daxili vəziyyət və regional məsələlər barədə səmərəli müzakirələr keçirildi”.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti xidmətinin mətbuat katibinin "Twitter"ində aşağıdakı məlumat verilib: “Tərəfdaşlıq prioritetləri” sənədi Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli gündəliyə yeni təkan verib”.
Avropa Komissiyasının Qonşuluq Siyasətinin Baş Direktorluğunun "Twitter"ində qeyd edilib: “Avropa İttifaqı və Azərbaycan birgə daha güclüdürlər. Bu gün Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq prioritetləri” sənədi üzrə danışıqları başa çatdırıb, münasibətlər gündəliyinə yeni təkan verilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB