Qeyri-rəsmi məşğulluqla bağlı Tədbirlər Planı hazırlanıb

Qeyri-rəsmi məşğulluqla bağlı Tədbirlər Planı hazırlanıb

"Qeyri- rəsmi məşğulluqla bağlı məsələ ciddi nəzarətimizdədir. Bu problemin aradan qaldırılması istiqamətində proqramlar həyata keçirilir".SİA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoakim Bröyerlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, tikintidə qeydiyyatsız fəaliyyətlə bağlı məhkəməyə müraciət qaydasında cəza tətbiq edilir: "Bildiyiniz kimi, bu gün Prezident İlham Əliyevin tapşırığı ilə biznes mühitinin yaxşılaşdırılması məqsədilə yoxlamalara məhdudiyyət qoyulub. Özəl sektorun inkişafı dövründə bu addımın atılması çox mühümdür. Lakin biz qeyri-rəsmi məşğulluqla bağlı elektron vasitələrlə onların yoxlamalarını həyata keçiririk".

Nazirlik tərəfindən qeyri-rəsmi məşğulluqla bağlı tədbirlər planı hazırlandığını və hökümətə təqdim edildiyini deyəm S.Babayev söyləyib ki, tədbirlər planı təsdiqləndikdən sonra bu sahəyə diqqət daha da genişləndirəcək və bu sahədə problemlər azalacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə