Səbaildə Ulu Öndərin hakimiyyətə gəlişinin ildönümü qeyd olunub

Səbaildə Ulu Öndərin hakimiyyətə gəlişinin ildönümü qeyd olunub

Ulu Öndər Heydər Əlirza oğlu Əliyev Azərbaycanda hakimiyyətə gəlişinin 49 illiyi münasibəti ilə Səbail rayonunun idarə, təşkilat və müəssisələrində müxtəlif tədbirlər keçirilir. SİA-nın xəbərinə görə, həmin tədbirlərdən biri də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin "Şəhidlər Xiyabanı"!ndakı qərargahında Səbail Rayon İcra Hakimiyyəti, YAP Səbail Rayon təşkilatı, rayonun Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, rayondakı bir sıra ictimai təşkilatların, QHT-lərin, rayon ictimaiyyətinin nümayəndələrinin və digər qonaqların iştirakı ilə tədbir keçirilib.

Tədbirin əvvəlində Ülu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükütla yad olunub.

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev tədbir iştirakçıları və qonaqları salamlayaraq Ümummmilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlməsi, fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, 49 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilib. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlanıb. Ulu Öndərin böyük səyləri, vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verib. Ümumilli liderin səyləri, bilik və bacarığı, gərgin əməyi sayətində bir zamanlar keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi bir qabaqcıl respublikaya çevrilib. Respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edilib, əhalinin şəraitinin yaxşılaşdırılması üçün geniş miqyaslı mənzil tikintisi layihələri həyata keçirilib. Görülən bütün işlərin ilhamçısı və onların başında duran isə məhz xalqımızın böyük oğlu Heydər Əliyev olub.

1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. O, bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoymuş, böyük starateji layihələrin həyata keçirilməsinə başlamışdır. Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Toplantıda çıxış edən YAP Səbail Rayon Təşkilatı İdarə Heyətinin üzvü Hacan Hacıyev, Аzərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail Rayon Təşkilatının sədri İlham Əliyev, Azərbaycan Respublikası Veteranlar Şurası sədrinin müavini, polkovnik Cəlil Xəlilov, Səbail RİHBA-nın şöbə müdiri Anar Axundzadə, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev və başqaları Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyində çalışdığı illər ərzindəki fəaliyyəti, gördüyü işlərdən danışıb, qeyd ediblər ki, Səbail rayonunun Ağsaqqaları, veteranları, digər ictimai təşkilatların üzvləri Azərbaycan Respubliksının Prezidenti, ulu öndərimizin layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycanın inkişaf və tərəqqisinin günbəgün artması, onun qüdrətli və zəngin bir dövlətə çevrilməsi və ən başlıcası itirilmiş torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı işləri bəyənir və bu işlərdə ona hər zaman dəstək olacaqlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə