Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara çaylarında 25-60, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 137 m3/s olmaqla ongünlük normanın 46 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 212 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 34 m3/s olmaqla, ongünlük normanın 23 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 39 m3/s təşkil edərək ongünlük normanın 27 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Salyan 24, Şirvanda 16, Bankədə 17, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 324 sm (2017-ci il iyulun 09-da 318 sm), Şirvanda 213 sm (2017-ci il iyulun 09-da 167 sm), Salyanda 127 sm (2017-ci il iyulun 09-da 100 sm), Bankədə 188 sm (2017-ci il iyulun 09-da 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2017-ci il iyulun 09-da 40 sm) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB