İkinci Günəş tutulması baş verəcək

İkinci Günəş tutulması baş verəcək

İyulun 13-də bu ilin ikinci Günəş tutulması (qismən tutulma) hadisəsi baş verəcək. SİA-nın Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə,akı vaxtı ilə saat 05:48-də başlanacaq Günəş tutulması hadisəsi saat 08:13-də başa çatacaq.

Qeyd edək ki, bu təbiət hadisəsi Sakit və Hind okeanları hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.

Növbəti Günəş tutulmasının avqustun 11-də olacağı gözlənilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə